Paşinyan Əliyevlə son görüşündən danışıb

Bölmə: Dünya › ,
Tarix: 17:12 16.07.2025

Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

 

"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib. N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: "Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".