İslandiyada doqquzuncu vulkan püskürməsi baş verib

Bölmə: Dünya › ,
Tarix: 20:18 16.07.2025

İslandiyanın cənub-qərbində yerləşən Reykjanes yarımadasındakı Sundhnukagigar kraterlərində növbəti vulkan püskürməsi baş verib. Bu, 2023-cü ilin dekabrından bəri ölkədə qeydə alınan doqquzuncu vulkanik fəallıqdır.


İslandiya Meteorologiya İnstitutundan geofizik Benedikt Ofeigsson, püskürmənin böyük miqyaslı olmadığını, təxminən 2 kilometr uzunluğunda çatdan lava axını müşahidə olunduğunu bildirib. Hadisənin hava nəqliyyatına təsir etmədiyi qeyd edilib. Lakin rəsmi qurumlar bölgədə hava keyfiyyətinə qarşı diqqətli olunması barədə xəbərdarlıq ediblər.


Anadolu Agentliyi

Billurə Quliyeva