11 ölü, yüzlərlə yaralı var
ABŞ Prezidenti Donald Trampın elan etdiyi, lakin tərəflər tərəfindən təsdiqlənməyən razılaşmaya əsasən, İran ilə İsrail arasında atəşkəs başlayıb. Atəşkəsə bir neçə dəqiqə qalmış İran, İsrailin Beerşeva şəhərini raketlərlə vurub. Hücum nəticəsində 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Hücumdan sonra İran belə bir açıqlama verib: “İsrail başladı, biz bitirdik. İsrailə son zərbəni endirdik".
Trampın bəyan etdiyi, lakin hələ tərəflər tərəfindən rəsmən təsdiqlənməyən məlumata əsasən, İran ilə İsrail arasında atəşkəs qüvvəyə minib. Lakin atəşkəsin başlamasına bir neçə dəqiqə qalmış İran ordusu tərəfindən kritik bir hücum həyata keçirilib.
İranın raket zərbələri ilə vurduğu İsrailin Beerşeva şəhərində 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. İran, atəşkəsdən az əvvəl həyata keçirdiyi hücumdan sonra bildirib: “İsrail başladı, biz bitirdik. İsrailə son zərbəni endirdik".
İranlı bir rəsmi Trampın açıqlamasına münasibət bildirərək, hələlik onlara rəsmi bir təklifin verilmədiyini bildirib. Daha sonra başqa bir rəsmi isə ABŞ-nin İsraillə bağlı atəşkəs təklifini qəbul etdiklərini bəyan edib. İran Xarici İşlər Nazirliyinin rəsmiləri isə atəşkəslə bağlı suala belə cavab veriblər: “İzləyirik. Nəticəni sonra açıqlayacağıq".
İsrail 13 iyun tarixində İranın bir neçə şəhərindəki nüvə obyektləri və ordunun yüksək komandanlığını hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bir sıra yüksək rütbəli zabitlər, həmçinin 9 nüvə alimi həlak olub.
İran Səhiyyə Nazirliyi 21 iyun tarixində verdiyi açıqlamada bildirib ki, İsrailin hücumlarında ümumilikdə 430 mülki şəxs həyatını itirib, yaralıların sayı isə 3.500-dən çoxdur.
İsrail Baş Naziri Aparatı isə İranın cavab hücumlarında 24 nəfərin öldüyünü, 1.272 nəfərin yaralandığını açıqlayıb. Türkiyə başda olmaqla bir çox ölkə İsrailin hücumlarını qınayıb. ABŞ isə 22 iyun tarixində İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hava hücumları həyata keçirib.
Haberler.com
Aygün Babayeva