00:00:00
Yazar
Lalə Qafarova
20.02.2026 18:06 12 1 dəq oxuma
Maraqlı

2 min illik ayaq izləri qış fırtınaları ilə üzə çıxıb

2 min illik ayaq izləri qış fırtınaları ilə üzə çıxıb

 

 

 

Şotlandiyanın Angus sahilində, Montrose yaxınlığındakı Lunan Bay çimərliyində iki min il əvvələ aid insan və heyvan ayaq izləri aşkarlanıb. Ayaq izləri itlərini gəzdirən yerli sakinlər tərəfindən güclü külək və dalğaların qum təpələrini dağıtmasından sonra üzə çıxıb.


Məlumat alan Aberdin Universitetinin arxeoloqları əraziyə təcili şəkildə yollanaraq hava şəraiti yenidən izləri məhv etməzdən əvvəl onları sənədləşdiriblər. Komanda güclü külək altında çalışaraq 3D modellər və gips qəliblər hazırlayıb.

Radiokarbon analizi izlərin təxminən 2 min il əvvələ aid olduğunu təsdiqləyib. Araşdırmalar zamanı insan izləri ilə yanaşı qırmızı maral, cüyür və digər heyvanlara məxsus izlər də müəyyən edilib.

Alimlərin fikrincə, həmin ərazi vaxtilə bataqlıq və bitki örtüyü ilə zəngin olub və insanlar burada ov və ya balıqçılıqla məşğul olublar. Bu tapıntı Şotlandiyada nadir arxeoloji kəşf hesab olunur.


BBC
Reyhan Quliyeva

#min #azərbaycan #qış #üzə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər