2023-cü il İkinci Dünya Müharibəsindən sonra ən gərgin ildir!
Dünyada gərginliyin və zorakılığın artması ilə 2023-cü il silahlı qarşıdurmaların ən çox olduğu illərdən biri kimi qeydə alınıb.
Norveçdə Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) apardığı araşdırmada 2023-cü ilin İkinci Dünya Müharibəsinin bitməsindən sonra dünyada ən çox zorakılıq və silahlı qarşıdurmaların yaşandığı illərdən biri olacağı bildirilib.
Araşdırmada vurğulanıb ki, ötən il dünyada 59 münaqişə olub, onlardan 28-i Afrika qitəsində olub.
Araşdırmanın rəhbəri Siri Aas Rustad "Soyuq Müharibə bitdikdən sonra dünyada zorakılıq ən yüksək həddə çatıb" dedi.
Münaqişələrin getdikcə mürəkkəbləşdiyini deyən Rüstəd eyni ölkədə olduğu kimi müxtəlif ölkələrdə də bir çox münaqişələrin baş verə biləcəyini bildirib.
Araşdırmada son 3 ildə münaqişələrdə ölənlərin sayının son 30 ildə eyni vəziyyətdən ölənlərdən daha çox olduğu vurğulanıb.
2023-cü ildə qarşıdurmalarda 122 mindən çox insanın həyatını itirdiyini xatırladan araşdırmada ötən ilin 3 ayı kimi qısa müddətdə Ukraynada 71 min, Qəzzada isə 23 min adamın həyatını itirdiyi qeyd edilib.
Qeyd olunub ki, İsveçin Uppsala Universitetinin Münaqişələr üzrə Məlumat Proqramının məlumatlarından istifadə edilən araşdırmada 1946-2023-cü illər arasında qlobal münaqişələrə toxunulub.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova
