00:00:00
Yazar
Admin User
13.09.2023 16:21 457 2 dəq oxuma
Dünya

2024-cü ildə keçiriləcək seçkilər geosiyasi arenanı dəyişəcək

2024-cü ildə keçiriləcək seçkilər geosiyasi arenanı dəyişəcək

2024-cü ildə geosiyasi arenada bir sıra dəyişikliklər yaşana bilər. Gələn il müxtəlif ölkələrdə keçiriləcək prezident seçkiləri siyasi fiqurların taleyini müəyyənləşdirəcək. Rusiyada keçiriləcək prezident seçkisi xüsusi diqqəti cəlb edir.


Rusiya növbəti prezident seçkisinə hazırlaşır. Prosesin gələn ilin martında baş tutacağı planlaşdırılır. Nəticənin təkcə Rusiyada deyil, bütün geopolitik düzəndə dəyişiklik yaradacağı istisna edilmir. Lakin seçki yaxınlaşsa da, namizədlər dəqiqləşməyib. Hazırki lider Vladimir Putinin namizədliyi sual altındadır. Qərarın ilin sonunadək dəqiqləşəcəyi gözlənilir. Prezidentin sözçüsü Dmitri Peskov Putinin seçkidə real rəqiblərinin olmadığı qənaətindədir. Siyasi analitiklər altenativlərin olmamasını Rusiyadakı mövcud siyasi reallıqlarla əlaqədirirlər. Putin üçün ciddi müxalif rəqib sayılan Aleksey Navalninin həbsdə olması, Priqojinin müəmmalı ölümü fərziyyələri gücləndirir. Rəy sorğuları da onu göstərir ki, Putin Rusiyada hələ də ən populyar siyasətçi olaraq qalır. Avqust ayında onun reytinqi 80% təşkil edib ki, bu da Ukrayna müharibəsindən öncəki rəqəmlərlə müqayisədə xeyli yüksəkdir. 


Siyasi şərhçi Mətin Məmmədli hesab edir ki, hazırki siyasi sistem məhz Vladimir Putin və onun yaxın ətrafı tərəfindən yaradılıb: “Bu siyasi sistemdə də real alternaivlər, rəqiblər sıradan çıxıb və ya sıradan çıxarılıb. Nəticə dəyişmir. Nəticə ondan ibarətdir ki mövcud siyasi sistemdə Vladimir Putin rəqibsizdir. Ancaq qeyd etdiyimiz kimi bunlar nəzəri ehtimallardır. Reallıq ondan ibarətdir ki, hələ ki Vladimir Putin situasiyaya nəzarət edir. Bu nəzarəti seçkilər ərəfəsində də davam etidrəcəksə, çox böyük ehtimalla seçkilərdə qalib gələcək”.

Nəticələrin bilavasitə Ukrayna ilə davam edən müharibəyə təsirlərinin olacağı deyilir. Siyasətçilər Vladimir Putinin yenidən seçiləcəyi təqdirdə müharibənin daha da alovlanacağı qənaətindədirlər. Araşdırma mərkəzlərinin apardığı sorğuya görə, əhalinin təxminən 70%-i hələ də Rusiya ordusunu dəstəkləyir. Ancaq qərb diplomatları bu sorğuları etibarsız hesab edir. 

Politoloq Əlimusa İbrahimov deyir ki, fərqli seçki olacaq: “Bundan əvvəlki seçkilərdə Putinin, yaxud hakimiyyətin irəli sürdüyü namizədin qalib gəlməsi üçün müəyyən qədər əziyyət çəkirdilərsə, bu əziyyət bu dəfə ikiqat, üçqat, beşqat olacaq. Ona görə ki, bildiyimiz kimi müharibə şəraitində seçki keçirtmək çox çətindir. Və hansı müahribə şəraitində? Uduzulan müharibə şəraitində. Bildiyimiz kimi, Rusiyanın son zamanlar cəbhədə göstərdiyi hadisələr, atdığı addımlar deməyə əsas verir ki, indi müharibə Rusiyanın əleyhinə işləyir”.

Qeyd edək ki, bu, Rusiyanın 2021-ci il konstitusiya dəyişikliyindən sonra reallaşacaq ilk prezident seçkisidir. Referendumun qərarına görə, Vladimir Putin fasiləsiz 2036-cı ilə qədər vəzifəsini icra edə bilər. Əvvəlki konstitusiya isə onun 2024-cü ildə istefa verməsini tələb edirdi. 

 

Çimnaz

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər