00:00:00
Yazar
Admin User
30.12.2025 15:49 125 2 dəq oxuma
Siyasət

2026-cı ilin Azərbaycanın strateji siyasi yol xəritəsi

2026-cı ilin Azərbaycanın strateji siyasi yol xəritəsi

 

2026-cı il Azərbaycan üçün siyasi baxımdan strateji hədəflərin dəqiqləşdiyi bir dövr kimi qiymətləndirilir. Regional proseslər, post-münaqişə reallıqları və qlobal geosiyasi dəyişikliklər fonunda ölkənin siyasi yol xəritəsinə dair gözləntilər aktuallıq qazanır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a  açıqlamasında bildirib ki,2026-cı il Azərbaycan üçün həlledici il olacaq:

 

“2026-cı il Azərbaycan üçün strateji yol xəritəsində mühüm illərdən biri ola bilər və buna inanırıq. Təbii ki, qarşıda duran əsas məqsəd, nəhayət, Qarabağ sülh sazişinin imzalanmasıdır. Düşünürəm ki, bu, gələn ilin sonuncu yarısında mümkün ola bilər. İlk yarımildə real görünməsə də, bu, məlum səbəblərlə bağlıdır. Ermənistanda 2026-cı ilin iyununda parlament seçkiləri keçiriləcək. Bu səbəbdən Paşinyan ilin birinci yarısında sülh sazişi imzalamağa maraqlı olmayacaq. Çünki bu, onun nüfuzuna və reputasiyasına zərər verə bilər.
Hesab edirəm ki, 2026-cı ilin ikinci yarısında Azərbaycanın diqtəsi ilə sülh sazişi əldə olunacaq. Zəngəzur dəhlizi istiqamətində də mühüm addımların atılacağı, bu sahədə Azərbaycanın uğurlarının davam etdiriləcəyi ehtimalı yüksəkdir. Azərbaycanın strateji yol xəritəsi daim məlumdur. Daxili təhlükəsizlik hər zaman prioritet olub. 2026-cı ildə də xarici siyasətdə ikitərəfli və çoxtərəfli münasibətlərin qorunması davam edəcək və bu fonda daxili sabitlik əsas prioritet olaraq qalacaq. Bütün hallarda 2026-cı il Azərbaycanın siyasi tarixində zəngin və əlamətdar il olacaq. Artıq yeni ilə iki gün qalır və biz inanırıq ki, 2026-cı il Azərbaycanın iki əsas istiqamətdə irəliləyişi ilə yadda qalacaq. Birincisi, Qarabağla bağlı sülh sazişinin imzalanması, ikincisi isə Zəngəzur dəhlizinin açılması və bu istiqamətdə uğurların davam etdirilməsi. Təbii ki, Azərbaycanın istər xarici siyasətində, istərsə də, daxili sahədə müəyyən risklər zaman-zaman olub və gələcəkdə də ola bilər. Düşünürəm ki, bu günə qədər Azərbaycan daxili təhlükəsizliyi qorumaq məqsədilə həyata keçirdiyi xarici siyasət kursunu bundan sonra da davam etdirəcək və bu, daxili sabitliyin təmin olunmasına birbaşa töhfə verəcək. Əvvəldə də qeyd etdiyim kimi, risklər mövcuddur, lakin bu risklərin aradan qaldırılması üçün Azərbaycan dövlətinin tam şəkildə nəzarətdə olacağına inanırıq. İndiyə qədər olduğu kimi, bundan sonra da dövlətin strateji yanaşması davam edəcək. Azərbaycanın regionda və dünyada mövqelərinin güclənməsi də xarici siyasətin əsas istiqamətlərindən biri olacaq. 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbədən sonra Azərbaycan Cənubi Qafqazın şəriksiz lider ölkəsinə çevrilib. Bu liderliyi qoruyub saxlamaq isə xarici siyasətimizin əsas hədəflərindən biridir. Region ölkələri ilə yaxın münasibətlərin, əməkdaşlıqların qorunması və balanslı siyasət çərçivəsində bu münasibətlərin sabit saxlanılması da prioritet olmalıdır”.



Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər