4 il sonra partladı!
İtaliyanın Siciliya adasındakı Etna dağı yenidən aktivləşib.
Dünyanın ən aktiv vulkanlarından biri olan Etna ötən axşam lava və kül püskürüb. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan verilən açıqlamaya görə, Avropanın ən hündür vulkanı Etnanın Vorajin kraterində 4 ildən sonra ilk dəfə partlayış baş verib. 3 min 357 metr yüksəklikdəki Etna dağı sonuncu dəfə 2023-cü ilin dekabrında aktiv olub.
Mənbə: Hürriyet
Zəhra Həsənova
