4 israilli məhbusun cəsədi təslim edildi!
Atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində İsrail ordusunun Qəzza zolağına hücumlarında həyatını itirən 4 məhbusun cənazəsinin qəbul edilməsindən sonra baş nazir Netanyahu qəzəb və tənqid hədəfinə çevrilib.
Siyasətçilər və jurnalistlər də daxil olmaqla, bir çox israilli Netanyahuya “siyasi maraqları” səbəbindən HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasını gecikdirdiyinə görə sərt reaksiya verib.
Müxalif Demokrat Partiyasının sədri Yair Qolan Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində 4 israilli məhbusun cəsədlərinin təhvil verilməsindən sonra verdiyi açıqlamada baş nazir Netanyahunu məhbusların həyatı bahasına siyasi karyerasını xilas etməkdə günahlandırıb.
Digər tərəfdən İsrailin baş naziri Netanyahu 4 israilli məhbusun cənazəsinin ordu vasitəsilə qəbul edildiyi mərasimə qatılmaqdan son anda imtina edib.
Mənbə: BBC News
Nərmin Həşimova