00:00:00
Yazar
Zeynəb Yunuszadə
22.05.2026 21:42 11 1 dəq oxuma
Hadisə

412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanılıb 

412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanılıb

Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb.

 

"İnformator.az" "Bizim.media" -ya istinadən xəbər verir ki, S.Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb.

 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) 2025-ci ilin noyabrında yaydığı məlumata görə, onun vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi müəyyən olunub və barəsində beynəlxalq axtarış elan edilib.

 

Belə ki, çox sayda vətəndaş Sənan Əsədzadənin xaricdən avtomobil gətirmək adı ilə onlardan vəsait aldığını, lakin maşınları təslim etmədiyini bildirərək şikayət edib. 

#xəbər #yeni #min #412
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər