50 il əvvəl oğurlanan rəsm Hollandiyada tapılıb
50 il əvvəl Polşa Milli Muzeyindən oğurlanan rəssam Pieter Brueghel de Jongeyə məxsus əsərin Hollandiyada tapıldığı açıqlanıb.
Hollandiyada 50 il əvvəl Polşa Milli Muzeyindən oğurlanan rəssam Pieter Brueghel de Jonge-nin rəsm əsəri tapılıb. Bildirilib ki, rəsm ötən ilin sonunda oğurlanan sənət əsərləri siyahısında olmasından xəbərsiz olaraq Quda Muzeyində sərgilənib. Əsərin naməlum şəxsdən borc götürüldüyü və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Səlahiyyətlilər qeyd ediblər ki, Polşa rəsmin geri qaytarılmasını istəyir və hüquqi yardım istəyib.
Mənbə: CNN Türk
Nərmin Həşimova