00:00:00
Yazar
Admin User
20.06.2025 11:11 112 1 dəq oxuma
Dünya

7 milyard dollar qazanc çarxı

7 milyard dollar qazanc çarxı

Fırıldaqçılıq və sərmayə vədi ilə virtual qumar oyunları vasitəsilə bir çox insanı qurban verən cinayət təşkilatına qarşı genişmiqyaslı əməliyyat başladılıb. Araşdırmalar zamanı məlum olub ki, qurum qeyri-qanuni gəlirlərini “Qapalı bazar”dakı valyutadəyişmə məntəqələri vasitəsilə xaricə göndərib.

 

İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “Forex investisiya fırıldaqçılığı”, “Qanuni internet saytlarını kopyalayaraq POS fırıldaqlığı” və “virtual qumar üsulları” ilə bir çox insanı zərər çəkmiş olduğu təsbit edilən şübhəlilərlə bağlı araşdırma aparılıb.

 

Polis qruplarının İstanbul mərkəzli 13 vilayətdə eyni vaxtda keçirdiyi əməliyyatda 67 şübhəli saxlanılıb. Digər şübhəlilərdən 5-nin xaricdə, 3-nün isə həbsdə olduğu müəyyən edilib. Qaçan 27 şübhəlinin tutulması istiqamətində işlər davam edir.

 

Həmçinin, şübhəlilərin bank hesablarına, elektron pul təşkilatlarındakı varlıqlarına, 22 nəqliyyat vasitəsinə, 17 motosikletə və 9 daşınmaz əmlakına, sülh cəza məhkəməsinin qərarı ilə ümumi dəyəri 150 milyon lirəyə həbs qoyulduğu öyrənilib.

 

A Haber
Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər