75 mindən çox qaçaq geri göndərilib
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi “icazəsiz Həcc”ə qarşı aparılan nəzarətlər çərçivəsində 75 mindən çox şəxsin Həcc qaydalarını pozduğuna görə geri göndərildiyini açıqlayıb.
Dövlət Təhlükəsizliyi İdarəsinə bağlı Xüsusi Qüvvələrin Komandanı general-leytenant Məhəmməd əl-Umri bu il müqəddəs məkanlara icazəsiz girişlərin qarşısını almaq və izdihamı təhlükəsiz şəkildə idarə etmək üçün sahədə ətraflı planların həyata keçirildiyini bildirib. Mülki Müdafiə Baş İdarəsinin rəisi general-mayor Hamud əl-Fərç isə bu il ilk dəfə yanğınsöndürmə və xilasetmə əməliyyatlarında “Səqr” (Şahin) adlı xüsusi dronlardan istifadə ediləcəyini deyib.
Pasport İdarəsinin Baş direktoru general-mayor Salih əl-Murabba isə 2025-ci il Həcc mövsümündən əvvəl indiyədək xaricdən gələn zəvvarların sayının 1 milyon 475 mini keçdiyini açıqlayıb. Səudiyyə Ərəbistanı, həmçinin Kral Salmanın xüsusi qonaq proqramı çərçivəsində fələstinli şəhid ailələri, əsir və yaralıların da daxil olduğu 500 nəfərlik ilk zəvvar qrupunu İordan çayının Qərb sahilindən qəbul edib. Ümumilikdə 1000 fələstinli zəvvar bu proqram çərçivəsində qarşılanacaq.
Haberler.com
Aygün Babayeva