00:00:00
Yazar
Admin User
07.11.2025 18:36 112 1 dəq oxuma
Siyasət

8 Noyabr Bakıda parad keçiriləcək

8 Noyabr Bakıda parad keçiriləcək

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradın başlama vaxtı məlum olub.

İnformator.az xəbər verir ki, parad saat 13:00-da start götürəcək.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə keçiriləcək tədbirdə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edəcək.

 

Paradda həmçinin müasir hərbi texnika, silah sistemləri və aviasiya vasitələrinin nümayişi də nəzərdə tutulur.

 

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak edəcək.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər