00:00:00
Yazar
Admin User
08.09.2025 16:10 182 2 dəq oxuma
Sosial

9-cu sinif imtahanında zəif nəticə göstərən şagirdlər məktəbdən uzaqlaşdırılır

9-cu sinif imtahanında zəif nəticə göstərən şagirdlər məktəbdən uzaqlaşdırılır

 

Son zamanların gündəmini zəbt edən məsələlərdən biri də 9-cu sinif buraxılış imtahanında zəif nəticə(0-70) göstərən şagirdlərin kolleclərə, peşələrə yönləndirilməsidir.

 

Mövzu ilə bağlı Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, ümumtəhsil müəssisələrinin reytinq cədvəli deyilən bir sistem mövcuddur:

 

“Ümumtəhsil müəssisələrinin 9 və 11 ci sinif buraxılış imtahanları ilə məktəblərin reytinqi ölçülür. Ona görə də 9-cu sinifdə zəif nəticə göstərən şağirdləri məktəb rəhbərliyi hansısa bir şəkildə tövsiyyə yaxud da istiqamət verir ki, bu uşaq 11-ci sinifdə daha zəif nəticə göstərəcək, çünki təhsilin yükü artır.Bəzi valideynlər düşünürlər ki, 11-ci sinifdə zəif nəticə göstərməkdənsə 9-cu sinifdən kollec qazansın, 2 ilin dərsini orada başa vursun və subbakalavr kimi universitetə sənəd verə bilsin. Çox qəribədir ki, bugün bizim zəif nəticə göstərən şagirdlərimizin əksəriyyəti ali təhsil müəssisələrinə qəbul üçün tramplin kimi kollecdən istifadə edirlər. Bu məsələdə də məktəblər bunu çıxış yolu olaraq görürlər ki, məktəbin reytinq cədvəli aşağı düşməsin.Yəni bu bir tərəfdən məktəb üçün yaxasını şagirddən qurtarmaqdır, digər tərəfdən 9- cu sinif buraxılışına qədər uşaq 70 balı ötə biləcək səviyyədə deyilsə,11-ci sinifdə bu balla hansı universitetə sənəd verə biləcək? Yaxud da kollecə?

Valideynlər özləri çevik qərarlar verməlidir. Onları peşəyə,sənətə yönləndirməlidirlər. Bir neçə regionda o cümlədən Bakıda texniki peşə məktəbləri var. Oradan məzun olanlar özlərinə tez iş tapa bilirlər. Bilirsiniz ki, peşə məktəblərində çox böyük məbləğdə müəyyən olunmuş ödənişli yüksək səviyyəli ixtisaslarda açılıb. Bu baxımdan düşünürəm ki, onların məktəbdən ayrılması daha məsləhətlidir. Azərbaycan Respublikasının konstitusiyasına görə hər bir vətəndaşın 9 illik təhsili başa vurması icbaridir. 9 ildən sonra şəxs müəyyən qədər müstəqildir, valideynlə məsləhətləşib müəyyən qərarlar verə bilər. Düşünürəm ki, 9-cu sinif imtahanında 0-70 balı ötməyibsə,10- cu 11-ci sinif üçün heç də ürəyi açan nəticələr gözlənilmir.

Ona görə də 9-cu sinifdən peşəyə,kollecə yönəlmələrində fayda var.

Təəssüflər olsun ki, məktəb rəhbərlərinində bu işdə”payı” var ki, onlar sövq edirlər ki, uşaqlar məktəbdən kənarlaşdırılsın,kolleclərə yaxud da peşələrə sənəd versinlər”.

 

Həlimə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər