00:00:00
Yazar
Admin User
26.12.2025 17:03 235 2 dəq oxuma
Siyasət

AB münasibətlərin bərpasında maraqlı olmalıdır

AB münasibətlərin bərpasında maraqlı olmalıdır

Gürcüstan Baş naziri İrakli Kobaxidze Yeni il öncəsi "İmedi" televiziya kanalına verdiyi müsahibədə deyib ki, AB-nin özü Gürcüstanla münasibətlərin bərpasında maraqlı olmalıdır.

 

"Obyektiv olaraq, Gürcüstanla sağlam münasibətlərin bərpası Avropa Birliyinin maraqlarına uyğundur. Bu edilmədikdə, məntiqi olaraq belə bir nəticəyə gələ bilərik ki, Avropa bürokratiyası suveren hərəkət etmir, ittifaqın və Avropa cəmiyyətinin maraqlarına uyğun deyil",- deyə Kobaxidze bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, AB-nin Gürcüstanı Rusiyaya qarşı sanksiyalara məcbur etməsi ölkə və region üçün risklər yarada bilər:

 

“Təbii ki, Qərb həmişə demokratiya, hüquq və azadlıqları şüar etsə də, daha çox bu vasitələrdən öz maraqları üçün digər ölkələrə müdaxilə edir. Gürcüstanı da bu ölkələr sırasında saymaq olar. Cənubi Qafqazda AB öz maraqlarını təmin etmək və dayaqlarını qurmaq üçün Gürcüstandan istifadə edir. AB-nin yalnız sözdə vədləri və şüarla dəstəyi Gürcüstanı qane etmir. AB-nin heç bir dövlətin, həmçinin Gürcüstanın milli dövlət maraqlarını nəzərə almadan öz iradəsini yeritməyə çalışması təbii etiraz doğurur. Hazırda Gürcüstana Rusiyaya qarşı sanksiyalara qoşulmaq məqbul deyil. AB isə Gürcüstanı buna məcbur edir. Gürcüstanın bu sanksiyalara qoşulması ilə Rusiya Ukraynadan geri çəkilən deyil. Rusiya hazırda heç bir sanksiyanı, təzyiqi nəzərə almır. Gürcüstanın bu sanksiyalara qoşulması yeni təhlükələrə yol aça bilər. Həm Gürcüstan, həm də bölgə üçün narahatlıq meydana çıxa bilər. İqtisadi, ticari, tranzit əlaqələrdə Rusiyanın da yaratdığı maneələr qarşı çıxa bilər”.

 

Ekspert qeyd edib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmağı öz təhlükəsizliyi və iqtisadi maraqları baxımından riskli hesab edir:

 

“Rusiyaya qarşı sanksiyalara qoşulmağın ölkə iqtisadiyyatına da ciddi ziyan vura biləcəyini güman edənlər də var.
Bu sarıdan da Tiflis bu sanksiyalara qoşulmaq istəmir. Rusiya ilə düşmənçiliyin Gürcüstanın maraqlarına cavab vermədiyi ehtimal olunur. AB-nin isə tələbi Gürcüstanı tamamilə öz siyasətinə tabe etməkdir. Rusiya tərəfindən Gürcüstana yenidən hərbi müdaxilə olarsa, AB-nin də bu ölkəni Ukrayna kimi qoruyacağı məlumdur. Gözü çıxan qardaşdan dərs götürən Gürcüstan bu məsələdə özünü təhlükəyə atmaq istəmir. Baş nazir Kobaxidze hesab edir ki, AB-nin basqıları Avropa cəmiyyətinin maraqlarına uyğun deyil. Gürcüstanla gərginliyin əsas məsuliyyəti, təbii ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün səbəbkarlarının üzərinə düşür. Lakin reallıqları nəzərə alsaq, AB öz maraqları naminə bölgədə ölkələri Rusiya ilə düşmən edib geri çəkildiyinə görə onun üzərinə düşür. Gürcüstan AB ilə münasibətlərin gərginləşməsini Rusiya ilə gərginlikdən təhlükəsiz hesab edir. Çünki Rusiya birbaşa Gürcüstana hərbi müdaxilə edərək torpaqlarının suverenliyini pozmuş dövlətdir. Konkret desək, Tiflis AB-yə tam güvənmir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər