00:00:00
Yazar
Admin User
23.05.2025 06:56 147 1 dəq oxuma
Dünya

AB Macarıstanı səsvermə hüququndan məhrum edir

AB Macarıstanı səsvermə hüququndan məhrum edir

Avropa Birliyi Şurası mayın 27-də AB haqqında müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

 

“Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstanla bağlı səkkizinci dinləmə keçirəcək”, - məlumatda deyilib.

 

Qeyd edək ki, AB haqqında müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar üzv dövlətlərin müəyyən hüquqlarının, o cümlədən ölkənin AB Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər