00:00:00
Yazar
Admin User
24.10.2025 12:22 271 2 dəq oxuma
Siyasət

AB Ukrayna ilə bağlı qərar verməməlidir

AB Ukrayna ilə bağlı qərar verməməlidir

Budapeştdə Ukrayna ilə bağlı razılaşmanın əldə ediləcəyi mümkün sammiti nəzərə alaraq, Avropa Birliyi bu yöndə hər hansı qərar qəbul etməməlidir,bu barədə Macarıstan Baş naziri Viktor Orban deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına, həmçinin NATO-ya üzvlüyü ilə bağlı bildirib ki, nə Avropa İttifaqı, nə də NATO münaqişə vəziyyətində olan dövlətin üzvlüyü barədə qərar qəbul etməməlidir:

 

"Onun fikrincə, bu, Avropa İttifaqını Rusiya ilə münaqişənin bir tərəfinə çevirə bilər. Yaxınlarda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edib. Orban həmin iclasa gecikib və səlahiyyətlərini Slovakiyanın nümayəndəsinə həvalə edib. Nəticədə Slovakiya da sanksiyaların qəbuluna mane olmayıb. Qeyd olunur ki, gələn ilin aprelində Macarıstanda seçkilər keçiriləcək. Buna görə Donald Trampın Rusiya ilə görüşünün Budapeştdə baş tutması ehtimal olunur. Görüş gecikməsinə baxmayaraq, böyük ehtimalla baş tutacaq və bu, həm ABŞ, həm də Rusiyanın Orban hökumətinə dolayı dəstəyi kimi qiymətləndirilə bilər. Hazırkı vəziyyətdə Orbanın bəyanatlarla kifayətlənəcəyi və Macarıstanın Avropa İttifaqı ilə Ukrayna arasında razılaşmalara müdaxilə etməyəcəyi gözlənilir.Son məlumatlara əsasən, Rusiya Ukrayna məsələsi ilə bağlı müəyyən qərarlar qəbul etməyə hazırlaşır. Rusiyaya qarşı həm ABŞ, həm də Avropa İttifaqı tərəfindən sanksiyalar tətbiq edilib. ABŞ-nin maliyyə naziri “Rosneft” və “Lukoil” şirkətləri, eləcə də onların törəmə müəssisələrinə qarşı sanksiyalar elan edib. Bununla yanaşı, Avropa İttifaqı 19-cu sanksiya paketini təsdiqləyib. ABŞ Senatında isə Rusiyanın “terrorçu dövlət” elan olunmasını da əhatə edən yeni sanksiya paketi hazırlanır. Bütün bu amillər Rusiyanın danışıqlara getmək ehtimalını artırır".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər