00:00:00
Yazar
Admin User
27.10.2025 11:50 142 1 dəq oxuma
Dünya

Abbas Əraqçi: İranın ABŞ-yə etibar etmək üçün heç bir səbəbi yoxdur

Abbas Əraqçi: İranın ABŞ-yə etibar etmək üçün heç bir səbəbi yoxdur

İranın xarici işlər naziri Abbas Əraqçi “Mehr” agentliyinə açıqlamasında belə deyib:

 

“12 günlük müharibədən sonra Vaşinqtona etibar etmək üçün heç bir əsas yoxdur”.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, İrana qarşı 12 günlük savaş təbii ki, Yaxın Şərqdə qüvvələr nisbətini ciddi şəkildə dəyişib və indi bu nisbət İranın əleyhinədir. Ancaq bununla belə, İran və ABŞ arasında gərginlik və qarşıdurma davam edir:

 

“Bunun da əsas səbəblərindən biri ondan ibarətdir ki, ABŞ İrandan nüvə tədqiqatlarını dayandırmağı və ümumiyyətlə nüvə proqramlarını ləğv etməyi tələb edir. Bu mövzu üzərində də uzun müddətdir danışıqlar prosesi gedir. Əvvəl bu prosesdə Avropa ölkələri daha ön planda yer alırdı, indi isə ABŞ birbaşa bu danışıqlarda tərəf rolunda çıxış edir.

 

Ancaq hələlik qarşı duran tərəflər arasında elə bir ciddi irəliləyiş yoxdur. Bu iki dövlət — yəni ABŞ və İran — arasında danışıqların pozitiv nəticələr verməsi üçün hər iki tərəfin qarşılıqlı olaraq güzəştli mövqeyə daha çox yaxınlaşması lazımdır. Lakin hələlik hər iki tərəf maksimalist mövqedən çıxış edir. Bu səbəbdən də yaxın vaxtlarda ABŞ və İran arasında münasibətlərin nisbətən pozitiv istiqamətlərə yönələ biləcəyi o qədər də inandırıcı görünmür”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər