ABŞ aktyoru Cessi Aysenberq Polşa vətəndaşlığı alıb
ABŞ aktyoru Cessi Aysenberq, İkinci Dünya Müharibəsi zamanı yəhudi əhalisinin hekayəsini danışdığı və Oskar mükafatı qazanan A Real Pain filmi ilə Polşa prezidenti Andjey Duda onu Polşa vətəndaşlığına layiq görüb.
Aysenberq filmi yazıb, rejissorluq edib və baş rolda oynayıb. Film, Polşaya nənələrinin—Holokostdan sağ çıxmış bir qadının—xatirəsini anmaq üçün səyahət edən iki amerikalı əmioğlunun hekayəsini nəql edir. Hekayədəki nənə, aktyorun öz böyük xalası əsasında yaradılıb.
Vətəndaşlıq mərasimində o deyib:
"Biz bu filmi Polşada çəkərkən, küçələrdə gəzərkən və bu ölkədə özümü bir qədər rahat hiss etməyə başlayanda, mənim üçün çox aydın olan bir şey baş verib: ailəmiz Nyu Yorkda yaşadığımızdan qat-qat uzun müddət burada yaşayıb.
"Və əlbəttə ki, bu tarix faciəvi şəkildə başa çatıb".
Aysenberqin "ölkəmizlə əlaqə yaratmaq" seçimi Prezident Andjey Duda müsbət qarşılayıb.
O əlavə edib:
"Tarixin bu faciəsinin üzərinə, ailəmin artıq Polşa ilə heç bir əlaqə hiss etməməsi də başqa faciədir. Bu məni kədərləndirib və Polşa ilə mümkün qədər yenidən əlaqə qurmaq istəyimi daha da möhkəmləndirib.
"Və ümid edirəm ki, bu axşam keçirilən bu mərasim və bu inanılmaz şərəf, mənim və ailəm adından bu gözəl ölkə ilə yenidən əlaqə qurmağımız üçün ilk addım olacaq".
BBC
Nuray Qurbanlı