00:00:00
Yazar
Güllər Gülhüseynova
31.03.2026 09:49 18 1 dəq oxuma
Dünya

ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir

ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir

ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərlə söhbətində deyib.

 

Ondan ABŞ Prezidenti Donald Trampın əvvəllər "Truth Social"da Vaşinqtonun İranın enerji infrastrukturuna zərbələri 10 gün, yəni 6 aprelə qədər dayandırdığını yazdığı paylaşımla bağlı şərh verməsi istənilib.

 

ABŞ-nin müəyyən edilmiş müddət ərzində nəyə nail olmağı ümid etdiyi soruşulduqda, Levitt Trampın "razılaşma əldə etmək istədiyini" izah edib.

 

"Vaxt azalır, cəmi bir neçə gün qalıb. Görək bu 10 günlük müddətdən sonra nə olacaq", - deyə o əlavə edib.

 

Amerika administrasiyasının rəhbəri əvvəllər bildirib ki, Tehran Vaşinqtonla sülh danışıqlarını pozarsa, ABŞ İranın bütün elektrik stansiyalarını, neft quyularını və Fars körfəzindəki Xarq adasını məhv edəcək.

#gündəm #azərbaycan #baki #imzalanacağına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər