00:00:00
Yazar
Güllər Gülhüseynova
15.06.2026 17:53 21 2 dəq oxuma
Siyasət

ABŞ-Azərbaycan tərəfdaşlığı yeni mərhələyə keçir

ABŞ-Azərbaycan tərəfdaşlığı yeni mərhələyə keçir

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) rəhbəri Ben Blək iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra ABŞ-Azərbaycan tərəfdaşlığında strateji investisiya, iqtisadi əməkdaşlıq və ortaq rifaha əsaslanan yeni mərhələnin başlandığını bildirib. O, tərəflərin ticarət, investisiya və regional sülhün gücləndirilməsi imkanlarını müzakirə etdiyini qeyd edib.


Mövzu ilə bağlı politoliq Xəqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Ben Bləkin açıqlaması ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının yeni mərhələyə keçdiyini və xüsusilə investisiya, süni intellekt və yüksək texnologiyalar sahələrində ölkəmiz üçün mühüm imkanlar yaratdığını göstərir:


“ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Bləkin Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə strateji investisiya, iqtisadi əməkdaşlıq və ortaq rifah üzərində qurulmuş yeni fəsilin başlaması ilə bağlı açıqlaması ölkəmiz üçün çox önəmlidir. ABŞ təkbaşına təxminən dünya iqtisadiyyatının 25 faizini, sərmayə və texnologiyanın yarısını təşkil etdiyi üçün Birləşmiş Ştatlarla əməkdaşlıq hər bir ölkə üçün çox vacibdir. Ümumiyyətlə, ABŞ-lə yaxın əməkdaşlıq etmədən uğur qazanan demək olar ki, yoxdur. Bu mənada ABŞ-lə Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi çox böyük imkanlar yaradacaq. Xüsusilə, süni intellekt, yüksək texnologiyalar sahəsində ABŞ-lə əməkdaşlıq Azərbaycan üçün çox önəmlidir. Çünki, bu sahələrdə iki aparıcı dövlət var: ABŞ və Çin. 
“Tramp Yolu” layihəsi ilə Azərbaycanın ABŞ-lə əməkdaşlığı strateji əhəmiyyət qazanıb. Buna görə də iki ölkə arasında əməkdaşlıq artıq bundan sonra dərinləşərək davam edəcək”.


Aydan Əsgərxanlı

#Azərbaycan #ABŞ #Çin #Tramp #gündəm #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər