00:00:00
Yazar
Admin User
10.04.2025 17:32 182 1 dəq oxuma
Siyasət

“ABŞ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”

“ABŞ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

 

Caliber.Az xəbər verir ki, bu barədə məlumat Prezident Administrasiyasının rəsmi saytında dərc olunub.

 

Məktubda Prezident Tramp İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib:

 

"Ölkələrimiz arasında dərin və çoxşaxəli əməkdaşlıq tarixi mövcuddur. Qarşıdakı illərdə bu tərəfdaşlıq çərçivəsində əldə edə biləcəyimiz mühüm nailiyyətləri səbirsizliklə gözləyirəm. Azərbaycanın, ABŞ-ın strateji tərəfdaşı olan İsraillə dostluq və əməkdaşlığını yüksək qiymətləndiririk. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında regionda davamlı sülhün təmin olunmasına yönəlmiş addımları alqışlayırıq". 

 

Prezident Tramp məktubda vurğulayıb ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir.

 

Mənbə :Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər