00:00:00
Yazar
Admin User
12.12.2025 17:17 164 2 dəq oxuma
Siyasət

ABŞ bizi AB-dən ayıra bilməz

ABŞ bizi AB-dən ayıra bilməz

Avstriyanın federal kansleri Kristian Stoker bildirib ki, ABŞ-nin Avstriyanı Avropa Birliyindən ayırmaq niyyəti olduğuna dair iddialar ölkənin daxili işlərinə qəbuledilməz müdaxilədir.

 

"Suveren dövlət olaraq, Avstriya öz siyasi qərarlarını yalnız Avstriya xalqının iradəsinə əsaslanaraq qəbul edir. Avstriya heç bir halda kənar şəxslərin ölkənin daxili siyasi kursuna təsir etmək cəhdlərini qəbul etməyəcək”,- deyə o bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ bu iddiasında heç də qeyri-ciddi deyil:

 

“İtaliya, Polşa, Macarıstan və o cümlədən Avstriya, ABŞ ilə uzunmüddətli, həm də ikitərəfli geniş əməkdaşlığa malik olan ölkələrdir. Xüsusilə də Donald Trampın inaqurasiya mərasiminə Avropadan yalnız İtaliya Baş naziri xanım Meloni dəvət olunub. Avropada ABŞ tərəfindən ən çox strateji önəm verilən ölkə olaraq Polşanın adını qeyd edə bilərik. Rusiyaya qarşı sanksiyalardan kənarda qalan yeganə Avropa ölkəsi olan Macarıstan və onun lideri Orbanın Trampla şəxsi münasibətlərinin yüksək olması kimi faktlar onu deməyə əsas verir ki, Ağ Ev bu iddiasında heç də qeyri-ciddi deyil. Gələcəkdə Avropanın içərisindən özünə yaxın ölkələrlə, hazırki Avropa İttifaqına fərqli bir blok da formalaşdıra bilər. Yeri gəlmişkən, hələ Donald Trampın birinci hakimiyyəti illərində- 2017-ci ildə Varşavada əsası qoyulan üç dəniz təşəbbüsü- Baltik, Qara Dəniz və Adriatik dəniz hövzəsində yerləşən, elə adı çəkilən ölkələr əlavə olmaqla on bir dövlətdən ibarət yeni bir Avropa təşəbbüs qrupu yaradılıb və bu qrup da ənənəvi Avropa strukturlarına alternativ qismində də görünə bilər. Amma Avstriya rəhbərliyinin bu məsələyə niyə belə reaksiya verdiyinə gəldikdə isə, görünür, ABŞ-nin yeni təhlükəsizlik strategiyası sənədində məsələnin qoyuluşu Avstriya tərəfinin suverenlik və egemenlik haqlarına müdaxilə kimi başa düşüldüyündən, onlar bu formaya etiraz ediblər. Amma əslində, qeyd etdiyim kimi, bu ölkələrlə ABŞ-nin birbaşa əlaqələri çox yüksəkdir və bu ölkələrlə birlikdə ənənəvi Avropa strukturlarına qarşı Amerikanın yeni Avropa bloku yaratmaq təşəbbüsü hələ xeyli zamandır ki, mövcuddur”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər