00:00:00
Yazar
Admin User
11.11.2025 18:05 69 2 dəq oxuma
Siyasət

ABŞ BMT qətnaməsindən Ukrayna ilə bağlı bu ifadələri çıxarmaq istəyir

ABŞ BMT qətnaməsindən Ukrayna ilə bağlı bu ifadələri çıxarmaq istəyir

“Kiyev Post” nəşri BMT-dəki mənbələrə istinadla məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası BMT-nin qətnaməsindən Ukraynanın ərazi bütövlüyünü təsdiq edən və Rusiyanın Krımı və digər bölgələri işğalını pisləyən ifadələrin çıxarılmasını müdafiə edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, BMT-də qəbul olunan qətnamələr, demək olar ki, kağız üzərindədir:

 

“Donald Tramp gələndən Ukrayna ilə bağlı bir neçə qətnamə irəli sürüb. Amerika həmişə bu qətnamələri qəbul etməyib. Tramp hakimiyyətə gələndə Ukrayna-Rusiya müharibəsini tezliklə həll etməyə söz vermişdi. Artıq doqquz ay keçib, hətta noyabrdan saysaq seçilməyini bir il artıq tamam olub, problem həll olunmayıb və problemin həll olunmasına nail olunmayıb. Trampın əsas məqsədi odur ki, bu konfliktə son qoysun. Tramp anlayır və qəbul edir ki, Krımı artıq geri qaytarmaq mümkün deyil. Əgər belə bir şərt qoyularsa, Rusiya müharibəyə son qoymayacaq. Cəbhədə vəziyyətə uyğun olaraq Rusiyanın ələ keçirdiyi Donetsk, Luqansk, Zaporojye, Xersonun bir hissəsidən də imtina etmək fikri yoxdur. Çünki Rusiyanın şərtidir ki, bunlar artıq geri qaytarılmayacaq. Tramp bunu anladığına görə bu qətnamələrə qarşı çıxır ki, bu problem öz həllini tapsın. Tramp verdiyi sözə əməl etsin. 

 

Ümumiyyətlə, BMT deyilən bir qurum, demək olar ki, dişsiz bir quruma çevrilib. BMT-də qəbul olunan qətnamələr kağız üzərində olaraq qalır. Biz bunu öz üzərimizdə də görmüşük. Otuz il Azərbaycan torpaqları işğal altında olanda BMT-nin dörd qətnaməsinin heç biri həyata keçmirdi. Bu qətnamələr Azərbaycanın xeyrinə idi, erməniləri işğal etdikləri torpaqlardan çıxartmağa çağırırdı, amma heç biri həyata keçmirdi. Azərbaycan bunu özü həyata keçirib. Bu gün BMT real funksional bir orqan deyil. Qəzza məsələsində də bunu deyə bilərik. Başqa məsələlərdə də deyə bilərik. Ona görə hesab etmirəm ki, BMT qətnamələrində nə isə qəbul olunduqda, ya da olunmadıqda real siyasətdə təsir etsin. Real siyasəti bugün böyük dövlətlər həll edirlər. Çox təəssüf ki, bunu da güc vasitəsilə həyata keçirirlər”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər