00:00:00
Yazar
Admin User
24.10.2025 12:20 116 2 dəq oxuma
Siyasət

ABŞ bu ölkədə quru əməliyyatına başlayıb

ABŞ bu ölkədə quru əməliyyatına başlayıb

ABŞ ordusu Latın Amerikasında (Venesuela) narkokartellərə qarşı quru əməliyyatına başlaya bilər, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, ABŞ Venesuelada hərbi əməliyyatlara başlayarsa, bu, yeni bir qlobal münaqişə ocağının yaranmasına səbəb ola bilər:

 

"İndiyə qədər biz münaqişələrin əsasən Şərqi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi və Cənubi Asiya, eləcə də Sakit Okean regionlarında baş verdiyini görmüşük. ABŞ-nin Venesuela siyasəti yalnız narkotik kartellərinə qarşı mübarizə ilə məhdudlaşmır. Əslində, bu, daha geniş strateji məqsədlərə xidmət edir. Vaşinqton Latın Amerikasında, xüsusilə də Çin və Rusiyanın təsirinin artmasından narahatdır. Bu amil ABŞ-nin həm qlobal nüfuzuna, həm də Qərb yarımkürəsindəki dominant mövqeyinə təhlükə yaradır.Bunun bariz nümunələrindən biri Panama kanalına nəzarət məsələsidir. ABŞ açıq şəkildə bəyan edib ki, kanalın idarəçiliyinin Çin şirkətlərinə verilməsi onun maraqlarına ziddir. Nəticədə Panama hakimiyyəti geri addım ataraq, ABŞ-nin maraqlarını nəzərə alan razılaşmalar imzalayıb. Oxşar vəziyyət Braziliyada da müşahidə olunur. BRIKS formatında Braziliya ABŞ-nin təsirinə qarşı çıxır və Cənubi Amerikanın yeni güc mərkəzi olmaq iddiasını irəli sürür. Bu isə ABŞ-nin regiondakı maraqları ilə ziddiyyət təşkil edir. Bundan əlavə, Venesuelanın zəngin neft və qaz ehtiyatlarının işlənilməsində ABŞ-nin kənarda qalması da Vaşinqton üçün ciddi narahatlıq doğurur.Beləliklə, Venesueladakı əməliyyat təkcə kartellərə qarşı mübarizə deyil, həm də ABŞ-nin qitəni yenidən öz təsir dairəsinə salmaq planının bir hissəsidir. Hadisələrin inkişafı iki istiqamətdə gedə bilər: birinci halda ABŞ planlarını həyata keçirərək Latın Amerikasını iqtisadi və siyasi cəhətdən özündən asılı vəziyyətə gətirə bilər; ikinci halda isə bu cəhdlər uğursuz olar və nəticədə regionda anti-Amerika meylləri güclənər. Uğursuzluq həm də ABŞ-nin təsir dairəsində olan digər ölkələrdə etiraz dalğaları yarada bilər. ABŞ-nin Venesuela əməliyyatında hərbi və iqtisadi üstünlüyü olsa da, Çinin və Rusiyanın bölgədəki maraqları bu planın tam reallaşmasına imkan verməyə bilər. Nəticədə, yaxın gələcəkdə Latın Amerikası uğrunda yeni bir qlobal qarşıdurmanın başlanması mümkündür".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər