00:00:00
Yazar
Ayan Sadi
12.08.2026 21:30 20 2 dəq oxuma
Siyasət

ABŞ Cənubi Qafqazda fəallaşır – Azərbaycanın geosiyasi çəkisi artır

ABŞ Cənubi Qafqazda fəallaşır – Azərbaycanın geosiyasi çəkisi artır

ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətləri eyni vaxtda gücləndirməsi Vaşinqtonun Cənubi Qafqazdakı maraqları baxımından mühüm addım kimi qiymətləndirilir. Politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, əsas məqsədlərdən biri regionda sülh sazişinin imzalanmasını sürətləndirmək və digər qlobal güclərin bölgədəki təsir imkanlarını məhdudlaşdırmaqdır.

 

“ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla əlaqələri eyni vaxtda dərinləşdirməsi tərəflər arasında etimad mühitinin yaranmasına və sülh prosesinin konstruktiv məcraya yönəlməsinə müsbət təsir göstərə bilər. Vaşinqtonun bu prosesdə vasitəçi rolunu gücləndirməsi hər iki dövləti dialoqa təşviq edən mühüm amildir”.

 

Politoloqun sözlərinə görə, Azərbaycan və ABŞ arasında əməkdaşlığın genişləndirilməsi xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət və regional nəqliyyat dəhlizləri sahələrində özünü göstərə bilər. Bu əməkdaşlıq Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə şərait yarada bilər.

 

 “Bu tərəfdaşlıq Azərbaycanın regiondakı geosiyasi çəkisini və müstəqil oyunçu kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın qlobal iqtisadi və logistik layihələrdəki əhəmiyyətini artırır”.

 

Zeynal Əmrəliyev hesab edir ki, Qərbin dəstəyi ilə həyata keçirilən enerji, nəqliyyat və logistika layihələri Azərbaycanın strateji əhəmiyyətini artırır. Onun fikrincə, ABŞ ilə əməkdaşlığın genişlənməsi ölkənin Cənubi Qafqazda regional liderlik mövqeyinin möhkəmlənməsinə də təsir göstərə bilər.

 

“Azərbaycanın enerji, nəqliyyat və logistika sahələrində malik olduğu imkanlar ölkəni beynəlxalq layihələr baxımından mühüm tərəfdaşa çevirir. ABŞ-nin Azərbaycanla əməkdaşlığının genişlənməsi də bu baxımdan Azərbaycanın regional və qlobal əhəmiyyətini daha da artırır”.

 

Süsən Mərdalıqızı

 

 

 

 

#yeni #qafqazda #fəallaşır #abş #cənubi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər