00:00:00
Yazar
Admin User
11.10.2025 04:36 99 1 dəq oxuma
Dünya

ABŞ Çinlə ticarət müharibəsinə girmək istəmədiyini açıqlayıb

ABŞ Çinlə ticarət müharibəsinə girmək istəmədiyini açıqlayıb

Rəsmi Vaşinqton Çinlə ticarət müharibəsinə hazırdır, lakin müharibəyə başlamaq istəmir.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir "Fox News"a müsahibəsində deyib.

 

"Bu, ticarət müharibəsi olmamalıdır, lakin lazım gələrsə, biz buna getməyə hazırıq. Hazırda hər iki tərəfin mövqeləri üzərində işləyirik və yaxın günlərdə irəliləyiş üçün bir yol olub-olmadığını anlamağa çalışacağıq", - o deyib.

 

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Vaşinqton 1 noyabrda və ya ondan əvvəl Çinə tarifləri 100 % artıracaq və proqram təminatına ixrac nəzarəti tətbiq edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər