00:00:00
Yazar
Admin User
12.11.2025 16:29 130 1 dəq oxuma
Dünya

ABŞ çox sayda yenilənən B-2 bombardmançısı sifariş edib

ABŞ çox sayda yenilənən B-2 bombardmançısı sifariş edib

ABŞ Prezidenti Donald Tramp ölkənin çoxlu sayda yenilənmiş B-2 strateji bombardmançısı sifariş etdiyini açıqlayıb. Məlumata əsasən, yenilənmiş B-2-lər ABŞ-nin hərbi hava qüvvələrinin texniki imkanlarını daha da gücləndirəcək. Bu addım Vaşinqtonun müdafiə strategiyasında hava üstünlüyünə xüsusi önəm verdiyini göstərir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki,son dövrlərdə ABŞ-nin xarici siyasətində iki əsas istiqamət ön plana çıxır:

 

"Birinci istiqamət iqtisadi və ticari maraqlara əsaslanır - ABŞ digər dövlətlərə öz iqtisadi maraqlarını açıq şəkildə diktə etməyə çalışır. İkinci istiqamət isə bu diktələrin qəbul olunmaması halında təzyiq vasitəsi kimi hərbi güc nümayişinə əsaslanır.

 

Tramp administrasiyası dövründə bu iki xətt daha da aydın və sərt formada müşahidə olunur. ABŞ nüvə silahı faktorunu beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitəsinə çevirərək, qlobal məkanda güc nümayişi həyata keçirir. Bu məqsədlə nüvə sınaqlarının bərpası və yeni B-2 bombardmançı təyyarələrinin sifarişi ABŞ-nin hərbi gücünü artırmaq və rəqiblərinə açıq mesaj göndərmək üçün atılmış addımlar kimi qiymətləndirilə bilər.

 

B-2 təyyarələri nüvə silahı daşımaq qabiliyyətinə malikdir və bu təyyarələrin sayının artırılması, ABŞ-nin hətta nüvə münaqişəsinə də hazır olduğunu göstərir. Bu addımlar qlobal güc balansında ciddi dəyişikliklərə səbəb olur və dünya düzənində yeni geosiyasi situasiyanın formalaşmasına zəmin yaradır". 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər