00:00:00
Yazar
Admin User
29.11.2025 10:05 91 1 dəq oxuma
Dünya

ABŞ-də aparılacaq danışıqlarda Ukraynanı kəşfiyyat xidmətinin rəhbəri təmsil edə bilər

ABŞ-də aparılacaq danışıqlarda Ukraynanı kəşfiyyat xidmətinin rəhbəri təmsil edə bilər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ABŞ-də sülh planı üzrə aparılacaq danışıqlarda nümayəndə heyətinə rəhbərlik edə bilər.

 

"İnformator.az"  "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "The Economist"in jurnalisti Oliver Kerroll "X" sosial şəbəkəsində bildirib.

 

"Mənə deyiblər ki, general Budanov ABŞ-yə yollanır. Ola bilsin ki, danışıqlar prosesinin rəhbəri kimi", - jurnalist yazıb və əlavə edib ki, bu barədə daha sonra elan ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər