00:00:00
Yazar
Admin User
26.10.2025 13:15 151 1 dəq oxuma
Dünya

ABŞ-də atışma zamanı bir nəfər ölüb

ABŞ-də atışma zamanı bir nəfər ölüb

ABŞ-nin Pensilvaniya ştatının Linkoln Universitetində baş verən atışmada bir nəfər ölüb, altı nəfər yaralanıb.

 

"İnformator.az" "ABC News"a istinadən xəbər verir ki, bu barədə dairə prokuroru Kris de Barren-Sarobe bazar günü keçirilən mətbuat konfransında bildirib.

 

Məlumata görə, hadisə şənbə günü axşam tələbələr futbol oyunundan qayıdarkən universitetin Beynəlxalq Mədəniyyət Mərkəzinin yaxınlığında baş verib.

 

Prokurorun sözlərinə görə, hadisəni törədənlərdən biri yaralı halda saxlanılıb, digəri isə axtarılır.

 

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər