00:00:00
Yazar
Admin User
11.12.2025 17:16 145 2 dəq oxuma
Siyasət

ABŞ-də Azərbaycana yardım qadağasının ləğvi təklif edilib

ABŞ-də Azərbaycana yardım qadağasının ləğvi təklif edilib

 

ABŞ Konqresinin Nümayəndələr Palatasına Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan H.R.6534 saylı qanun layihəsi təqdim edilib. Florida ştatından konqresmen Luna Anna Paulinanın təşəbbüsü olan layihə Xarici İşlər Komitəsinə göndərilib. Avqustda ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması barədə sərəncam imzalayıb.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Heydər bildirib ki, məhdudiyyətlərin ləğvi ABŞ və Azərbaycan münasibətlərinə yeni dinamika yarada bilər:

 

"Bakının Qərblə əməkdaşlığını gücləndirməsi bu prosesin formalaşmasına təsir edə, eyni zamanda regiondakı qüvvələr balansına müəyyən dərəcədə təsir göstərə bilər. Çünki ABŞ-nin Azərbaycanın hərbi və təhlükəsizlik sahəsində yardımı genişlənərsə, xüsusən də, Rusiya və İran faktorlarına maraqlarına toxuna bilər. Bununla yanaşı, balansın kəskin dəyişəcəyini demək olmaz. Çünki balansın dəyişməsi çətindir, proseslər çox mərhələli və siyasi cəhətdən həssas şəkildə gedir. Təbii ki, Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətlər ölkə rəhbərimizin, ali baş komandanımızın yürüdüyü siyasətlər göz önündədir. Əgər layihə qəbul olunarsa, təbii ki, bu 907-ci aktın ləğvi və bu proseslərlə bağlı olan baş verən layihə qəbul olunarsa, ABŞ-nin Cənubi Qafqazda daha aktiv və strateji mövqeyə qayıtması kimi qiymətləndirə bilər, bunu ABŞ uzun müddət region siyasətində passiv aktor kimi görünürdü. Məhdudiyyətlərin ləğvi, yəni bunu qeyd etmək olar ki, Vaşinqtonun Azərbaycan əməkdaşını artırmaq, enerji təhlükəsizliyi və regiondakı sabitlik məsələsi daha fəal rol oynamaq niyyətindən xəbər verir. Lakin bunun yeni mərhələ olub-olmamasını Konqresin son qərarından sonra məlumat verə biləcəyik. Konqresdə isə qərarın qəbul olunub-olunmaması yenə ikinci faktorlardan biridir. ABŞ-nin daxili siyasi balansının olması, yəni orada respublika və demokratiyalar var, seçimlərdə qalib gəlməsi məsələsi var və həm də burada Ağ Evin administrasiyanın rəhbəri Donald Trampın bu mövzunu  balanslaşdırma məsələsi var “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər