00:00:00
Yazar
Admin User
02.06.2025 15:34 126 2 dəq oxuma
Dünya

ABŞ-də etiraz aksiyasında hücum baş verib

ABŞ-də etiraz aksiyasında hücum baş verib

ABŞ-nin Kolorado ştatının Boulder şəhərində Qəzzadakı israilli girovlara dəstək məqsədilə təşkil olunan aksiyada iştirak edən qrupa edilən hücum nəticəsində 6 nəfər xəsarət alıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, bir nəfər yürüş edən qrupun üzərinə molotof kokteyli və digər yanıcı maddələr atıb. Boulder Polis Şefi Stiv Redfearn bir şübhəlinin saxlanıldığını bildirib. Rəsmilər daha sonra hücum zamanı “Azad Fələstin” deyə qışqıran şəxsin 45 yaşlı kişi olduğunu açıqlayıb.
BBC-nin ABŞ-dakı tərəfdaşı CBS telekanalı şübhəlinin şəxsiyyətini Məhəmməd Sabri Soliman kimi təqdim edib. CBS-nin məlumatına görə, Misir vətəndaşı olan Solimanın vizasının müddəti 2023-cü ildə başa çatıb. Kolorado ştatının baş prokuroru Fil Veyser hücumu “nifrət cinayəti” kimi qiymətləndirib. ABŞ Federal Təhqiqat Bürosu (FBI) isə Koloradoda baş verən hadisənin “terror hücumu” kimi araşdırıldığını bildirib. FBI direktoru Kaş Patel X sosial şəbəkəsində yazıb: “Agentlərimiz və yerli hüquq-mühafizə orqanları hələ də hadisə yerindədir. Əlavə məlumat olduqca ictimaiyyəti məlumatlandıracağıq”.
Boulder polisi isə açıqlamasında “terror hücumu” ifadəsini işlətməyərək, hücum edən şəxsin hansı səbəbdən bu addımı atdığının araşdırıldığını qeyd edib.
Yaralılardan bəzilərinin vəziyyətinin “çox ağır” olduğu bildirilib.
İsrailin xarici işlər naziri Gideon Sa'ar hücumun onu şoka saldığını deyib və “Bu hücum tamamilə yəhudi düşmənliyidir", – deyə bildirib. İsrailin BMT-dəki səfiri Danny Danon da hücumu pisləyib. O bildirib ki, əxlaqi tələblə yürüş edən yəhudilərə amansızcasına hücum olunub. ABŞ-nin tanınmış yəhudi təşkilatlarından olan Anti-Defamation League isə bildirib ki, Boulder şəhərində hər həftə 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfindən girov götürülmüş israillilərə dəstək məqsədilə yürüşlər təşkil olunur.

 

BBC News
Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər