00:00:00
Yazar
Admin User
07.11.2025 18:30 147 1 dəq oxuma
Siyasət

ABŞ-də hökumət bağlanması böhranı

ABŞ-də hökumət bağlanması böhranı

ABŞ-də federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılaşmanın əldə olunmaması nəticəsində “hökmət bağlanması” təhlükəsi yenidən gündəmə gəlib.

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, hökumətin bağlanması prosesi ABŞ-nin beynəlxalq mövqelərinə və diplomatik fəaliyyətinə mənfi təsir göstərir:

 

“Federal hökumətin qismən bağlanması zamanı sərhəd xidmətlərinin fəaliyyəti məhdudlaşdırılır. Bu isə həm daxili təhlükəsizlik, həm də beynəlxalq əlaqələr baxımından ciddi çətinliklər yaradır. ABŞ-nin bəzi səfirlikləri maliyyə çatışmazlığı səbəbindən işçi sayını azaldır, bu isə diplomatik aktivliyin zəifləməsinə gətirib zəyifləməsinə gətirib çıxarır. Hazırda ABŞ Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan gərginlik fonunda aktiv diplomatik siyasət yürütməyə çalışır. Belə bir şəraitdə büdcə məhdudiyyətlərinin yaranması həm xarici siyasətdə çevik qərar qəbul etmə imkanlarını azaldır, həm də ölkənin qlobal təsir gücünə mənfi təsir edir. Baş verənlər eyni zamanda daxili siyasi balansı da dəyişə bilər. Əgər əyalətlərdə Demokratlar üstünlük qazanarsa, bu, Tramp administrasiyasının və Respublikaçıların gələcək siyasi strategiyasına ciddi təzyiq yarada bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər