ABŞ-də hökumətin bağlanması 15 milyard dollar istehsal itkisi yaradıb
ABŞ-də federal hökumətin bağlanması ölkə iqtisadiyyatında həftəlik 15 milyard dollara qədər istehsal itkisinə səbəb ola bilər.
"İnformator.az" "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-nin xəzinə naziri Skott Bessent mətbuat konfransında hökumətin bağlanmasının ABŞ iqtisadiyyatına zərər verdiyini bildirib.
O, həmçinin deyib ki, federal hökumətin bağlanması getdikcə daha böyük bir maneəyə çevrilir.