ABŞ-də hava limanına Donald Trampın adı verilib
ABŞ-nin Florida ştatında yerləşən Palm-Biç hava limanının adı rəsmi şəkildə dəyişdirilərək ölkə Prezidenti Donald Trampın adını daşıyan beynəlxalq aeroport olub.
"İnformator.az" "Fox News"a istinadən xəbər verir ki, bu barədə hava limanından rəsmi açıqlama yayılıb.
Hava limanının rəhbərliyi əlavə edib ki, yeni ada keçid prosesi lövhələrin, brendinqin və rəqəmsal platformaların yenilənməsi ilə müşayiət olunacaq. Bununla belə, sərnişinlər üçün xidmət və səyahət qaydaları olduğu kimi qalacaq.