ABŞ-də ilk dəfə insanda “vidaqurdu milçəyi” aşkarlanıb
Məlumata görə, açıq yaralara sürfə buraxaraq canlı toxumanı yeyən parazitar milçək növü olan “Yeni Dünya vidaqurdu milçəyi” ABŞ-də ilk dəfə insanda aşkarlanıb.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin (HHS) sözçüsü Endryu Niksən məsələ ilə bağlı Axios-a açıqlama verib. O deyib:
“Bu, epidemiyadan təsirlənən bir ölkədən gəldiyi müəyyən edilən və ABŞ-da qeydə alınan ilk səyahət mənşəli Yeni Dünya vidaqurdu milçəyi hadisəsidir".
Niksən, bu xəstəliyin El Salvador-dan Meriləndə qayıdan bir şəxsdə aşkarlandığını bildirib. Həmçinin bu hadisənin ictimai sağlamlıq üçün riskinin “çox aşağı” olduğunu vurğulayıb.
“Yeni Dünya vidaqurdu milçəyi” Amerika qitəsinə məxsus parazitar milçək növü olub, açıq yaralara sürfə buraxaraq canlı toxumanı yeməsi ilə tanınır.
ABŞ-də 1960-cı illərdə vidaqurdu milçəyi populyasiyası tamamilə aradan qaldırılmış, 2017-ci ildə isə Floridada heyvanlarda baş verən kiçik miqyaslı epidemiya uğurla nəzarət altına alınıb.
TRT HABER
Solmaz Muradova