00:00:00
Yazar
Admin User
01.12.2025 05:55 101 1 dəq oxuma
Dünya

ABŞ-də əlverişsiz hava şəraitinə görə 8 mindən çox uçuş təxirə salınıb və ya ləğv edilib

ABŞ-də əlverişsiz hava şəraitinə görə 8 mindən çox uçuş təxirə salınıb və ya ləğv edilib

ABŞ-də əlverişsiz hava şəraiti fonunda azı 8 min aviareys ləğv edilib və ya gecikib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ixtisaslaşmış "FlightAware" portalının məlumatlarını "CBS News" telekanalı yayıb.

 

Məlumata görə, 30 noyabrda 7 460 reys gecikib, daha 664 uçuş isə ləğv olunub.

 

Meteoroloqlar əvvəldən bir sıra ABŞ ştatlarında qar və soyuq hava şəraitinin olacağı barədə xəbərdarlıq ediblər. "CBS News" qeyd edib ki, ən çox gecikmə və ləğv halları Boston (Masaçüsets ştatı), Detroit (Miçiqan ştatı), Minneapolis (Minnesota ştatı), Nyu-York və Çikaqo (Illinoys ştatı) aeroportlarında qeydə alınıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər