00:00:00
Yazar
Admin User
18.11.2025 08:07 113 1 dəq oxuma
Dünya

ABŞ Dövlət Departamentinin nümayəndəsi Tramp marşrutunun müzakirəsi üçün Gürcüstandadır

ABŞ Dövlət Departamentinin nümayəndəsi Tramp marşrutunun müzakirəsi üçün Gürcüstandadır

ABŞ Dövlət Departamentinin nümayəndəsi Conatan Askonas Gürcüstanda səfərdədir.

 

“İnformator.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.

 

“Onun səfərinin məqsədi Gürcüstanın Tramp marşrutunu (TRIPP) necə dəstəkləyə biləcəyini müzakirə etməkdir. Bu nəqliyyat marşrutu avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə keçirilən Ermənistan və Azərbaycan arasında sülh sammitinin nəticəsi olub. Səfər çərçivəsində o, həmçinin Xarici İşlər Nazirliyi və Gürcüstan hökumətinin nümayəndələri, eləcə də beynəlxalq maliyyə təşkilatları ilə görüşəcək”, -bəyanatda qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər