00:00:00
Yazar
Lalə Qafarova
24.02.2026 20:18 7 1 dəq oxuma
Maraqlı

ABŞ-də piramidalardan daha qədim kəşf: 5200 illik qayıqlar tapılıb

ABŞ-də piramidalardan daha qədim kəşf: 5200 illik qayıqlar tapılıb

 

ABŞ-nin Viskonsin ştatında yerləşən Mendota gölündə minilliklərə aid qədim qayıqlar aşkar edilib. Tədqiqatçılar gölün dibindən indiyədək 16 ədəd qədim kanoe çıxarıb. Radiokarbon analizləri göstərib ki, onların ən qədimi təxminən 5200 il əvvəl hazırlanıb, ən yenisi isə 700 illikdir.


İlk tapılan qayıq əvvəlcə 300 illik hesab edilsə də, sonradan onun 1200 illik olduğu məlum olub. Bu kəşf alimlərin diqqətini bölgənin qədim yerli mədəniyyətinə yönəldib.

Alimlərin fikrincə, bu tapıntılar göstərir ki, bölgədə yaşayan yerli xalqlar Misir piramidaları tikilməzdən yüzillər əvvəl bu ərazilərdə yaşayır və göllərdən nəqliyyat və ticarət üçün istifadə ediblər. Tapıntılar həm də yerli Ho‑Chunk Nation xalqının qədim həyat tərzini daha yaxşı anlamağa kömək edir.

Araşdırmaçılar hesab edirlər ki, bu qayıqlar bölgənin minilliklərə dayanan tarixini ortaya çıxaran ən mühüm arxeoloji tapıntılardan biridir.

 

BBC 
Reyhan Quliyeva

#daha #piramidalardan #qayıqlar #5200 #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər