ABŞ-də şatdaun noyabrın sonuna kimi davam edə bilər
ABŞ-də federal hökumətin qismən bağlanması Şükran gününə (27 noyabr) və ya daha çox davam edə bilər.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bəyan edib.
Qeyd edək ki, büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ-da oktyabrın 1-dən şatdaun elan edilib.