00:00:00
Yazar
Nərmin Həşimova
26.06.2026 13:48 134 2 dəq oxuma
Siyasət

“ABŞ-də seçkilərdən sonra İranla müharibə ehtimalı arta bilər”- ŞƏRH

“ABŞ-də seçkilərdən sonra İranla müharibə ehtimalı arta bilər”- ŞƏRH

İran və ABŞ arasında dondurulmuş aktivlərin taleyi ilə bağlı yeni fikir ayrılığı yaranıb. Tehran blokdan çıxarıla biləcək vəsaitlərin ABŞ məhsullarının alınmasına yönəldilməsi təklifini rədd edərək, Vaşinqtonu uzun illərdir davam edən etimadsızlıq mühiti yaratmaqda ittiham edib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın açıqlaması iki ölkə arasında iqtisadi və siyasi münasibətlər ətrafında müzakirələri yenidən gündəmə gətirib.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, əgər İranın aktivləri açılarsa, Hizbullah və Ənsarullahın silahlandırılmasına yönəldiləcək:


“Eyni zamanda ölkənin özünün silah potensialının artırılmasına, Çindən müasir tipli dronların alınmasına yönələcək. ABŞ və İran arasındakı hazırki razılıq mahiyyəti etibarı ilə yeni və əsl həlledici müharibəyə hazırlıq xarakteri daşıyır. ABŞ-də prezident seçkilərindən sonra müharibənin yenidən başlanması ehtimalı böyükdür. Bununla paralel olaraq İsrailin təhrikçi planları həyata keçərsə, yaxın vaxtlarda bu hal baş verə bilər. İran da məhz buna görə davamlı silahlanmaya üstünlük verir. Vaşinqtonun tələblərinə İran boyun əymək istəmir və buna məcbur da deyil. ABŞ sanki heç nə olmamış kimi İranla iqtisadi-ticari əlaqələr qurmaq istəyir. İran isə bunu yalvarış kimi qəbul edərək rədd edir və özünü qalib kimi göstərir. Bloklanmış aktivlərin açılması mürəkkəb məsələdir. Belə olduğu təqdirdə onun açılması sual altındadır. Əgər ABŞ seçkilərdən sonra İranla yenidən toqquşmaq niyyətindədirsə, situasiya fərqli cərəyan edə bilər. İran ABŞ-dən məhsul almaq, ticarət etmək niyyətində olmadığını təzahür etdirir. Lakin ola bilsin bu, gizli şəkildə baş versin. Bütün bu məsələlər onların danışıqlarından asılıdır".


Mehriban Yariyeva

#ABŞ #İran #aktivlər #Qalibaf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər