ABŞ-də silahlı insident iki nəfərin ölümü, doqquz nəfərin xəsarət alması ilə nəticələnib
ABŞ-nin Filadelfiya şəhərində (Pensilvaniya ştatı) baş verən atışma nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə WPVI telekanalı məlumat yayıb.
Qeyd olunur ki, silahlı insident şəhərin Feyrmont Mərkəzi Parkında baş verib. Polisin məlumatına görə, atışma nəticəsində bir kişi və bir qadın həlak olub, yaralananlar arasında 15-17 yaşlı üç yeniyetmə də var. Hadisənin digər təfərrüatı barədə məlumat verilməyib.