00:00:00
Yazar
Admin User
19.10.2025 05:15 146 1 dəq oxuma
Dünya

ABŞ-də Trampa qarşı aksiyalarda milyonlarla insan iştirak edib

ABŞ-də Trampa qarşı aksiyalarda milyonlarla insan iştirak edib

Şənbə günü ABŞ-də "Krallara yox" ("No Kings"- red) tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarında azı 7 milyon insan iştirak edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı etiraz aksiyasının təşkilatçıları xəbər verib.

 

"Bu gün ABŞ tarixinin ən böyük nümayişlərindən birinə 7 milyona yaxın amerikalı toplaşdı. Bu, iyun ayı ilə müqayisədə 2 milyon nəfər çoxdur. 2 700-dən çox şəhərdə insanlar avtoritarizmə qarşı dinc müqavimətdə birləşmək və bu ölkənin krallara deyil, öz xalqına aid olduğunu bəyan etmək üçün "Krallara yox" etirazları üçün küçələrə çıxdı", - açıqlamada bildirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər