00:00:00
Yazar
Admin User
22.10.2025 15:58 92 1 dəq oxuma
Dünya

ABŞ-də Trampa qarşı “No Kings” etirazlarına milyonlarla insan qatılıb

ABŞ-də Trampa qarşı “No Kings” etirazlarına milyonlarla insan qatılıb

Şənbə günü ABŞ-nin Nyu-York, Vaşinqton, Çikaqo, Mayami və Los-Anceles kimi iri şəhərlərində prezident Donald Trampın siyasətinə qarşı keçirilən “No Kings” (“Kral yoxdur”) adlı etiraz aksiyalarında nəhəng izdihamlar iştirak edib.


Nyu-York şəhərinin məşhur Tayms Meydanı və ətraf küçələr minlərlə insanla dolub. Aksiya iştirakçıları “Monarxiya deyil, demokratiya” və “Konstitusiya istəyə bağlı deyil” kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Aksiyalardan öncə Trampın tərəfdarları nümayişçiləri sol radikal “Antifa” hərəkatı ilə əlaqədə olmaqda ittiham edib və etirazları “Amerikaya nifrət mitinqi” adlandırıblar. Bir neçə ştatda Milli Qvardiya qüvvələri hazır vəziyyətə gətirilib. Buna baxmayaraq, təşkilatçılar bildiriblər ki, təxminən yeddi milyon insanın iştirak etdiyi tədbirlər sülh şəraitində keçib.

 

BBC
Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər