00:00:00
Yazar
Admin User
13.10.2025 15:40 99 1 dəq oxuma
Dünya

ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Massaçusets ştatının Dartmut şəhərində yüngül motorlu təyyarənin qəzaya uğraması və qəzadan sonra alışması nəticəsində iki nəfər ölüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə WCVB telekanalı ştat polisinə istinadən məlumat yayıb.

 

Məlumata görə, təyyarənin Nyu Bedford regional hava limanına enməyə cəhd etdiyi ehtimal edilir. Qəza yerindən çəkilmiş videoda təyyarənin magistral yolda yandığı görünür.

 

Polis pilotun nə uçuş planını təqdim etdiyini, nə də təyyarədə olan insanların sayı barədə məlumat verdiyini bildirib.

 

Qəza bölgədə tüğyan edən, güclü külək və yağışla müşayiət olunan şiddətli fırtına zamanı baş verib. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər