ABŞ-də uçuşlarda fasilələrin artacağı ilə bağlı xəbərdarlıq edilib
ABŞ-nin Nəqliyyat Katibi Sean Daffy və Respublikaçı liderlər hökumətin 23 gün davam edən bağlanması səbəbindən uçuşlarda fasilələrin artacağı barədə xəbərdarlıq ediblər.
Hazırda təxminən 13 min hava hərəkəti dispetçeri və 50 min təhlükəsizlik əməkdaşı ödənişsiz işləyir, nəzarətçilər isə ilk tam maaşlarını ala bilməyiblər. Daffy bildirib ki, uçuşların vaxtında baş tutması dispetçerlərin işə çıxmasından asılı olacaq. Bağlanma nəticəsində uçuş gecikmələrinin payı 5 faizdən 53 faizə yüksəlib. Nümayəndələr Palatasının spikeri Mike Johnson, Federal Aviasiya Administrasiyasının dispetçerlərə maaş ödəmək üçün vəsaiti olmadığını deyib və Demokratları hökuməti yenidən açmaq üçün qanun qəbul etməyə çağırıb.
Senat bağlanma dövründə əsas işçilərə maaş ödənilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarır. Demokratlar isə hökumətin açılmasını Əlverişli Baxım Aktı üzrə səhiyyə subsidiyalarının artırılması şərti ilə dəstəkləyir.
Reuters
Qəmər Kazımzadə