00:00:00
Yazar
Admin User
10.06.2025 13:39 177 2 dəq oxuma
Dünya

ABŞ-də xaos böyüyür

ABŞ-də xaos böyüyür

 

Küçələrin qarışdığı ABŞ-də Müdafiə Nazirliyi, Los-Ancelesdə davam edən etiraz aksiyalarına nəzarəti təmin etmək məqsədilə Kaliforniyadakı 29 Palms hərbi bazasından 700 dəniz piyadasını vəzifələndirib. Yalnız döyüşməyi bacaran bu dəniz piyadalarının qarşıdakı 24 saat ərzində şəhərə çatacağı gözlənilir. Prezident Donald Tramp isə vəziyyətin nəzarət altında olduğunu bildirib.

 

Federal qüvvələrin ştatın icazəsi olmadan vəzifələndirilməsi Kaliforniya rəhbərliyində böyük narazılığa səbəb olub. Qubernator Gavin Newsom-un etirazlarına baxmayaraq, Tramp administrasiyası yerləşdirməni davam etdirib. Buna cavab olaraq Kaliforniya Baş Prokurorluğu bu addımın Konstitusiyaya zidd olduğunu əsas gətirərək məhkəməyə müraciət edib. Şikayətdə qeyd olunub ki, Milli Qvardiyadan ştatın icazəsi olmadan istifadə olunması mümkün deyil, federal hökumət səlahiyyətlərini aşıb və bu hərəkət dayandırılmalıdır.

 

Los-Ancelesin meri Karen Bass isə federal müdaxilənin şəhərdəki əmin-amanlığı pozduğunu bildirib. Bass deyib: “Bu insanlar həbs olunmalı şəxslər deyil. Bu vəziyyət şəhərimizin federal hökumət tərəfindən bir sınaq sahəsi kimi istifadə olunduğunu göstərir”. O, Trampın şəhərdəki dəstələrin federal qüvvələrə hücum etdiyinə dair açıqlamasını da “əsassız” adlandırıb və əlavə edib: “Bu, şəhərimizin alçaldıcı şəkildə təqdim edilməsidir. Los-Anceles hər zaman miqrantlara qucaq açan bir şəhər olub. Biz bu bölünməyə imkan verməyəcəyik”.

 

ABŞ-nin Los-Anceles şəhərində Göç İdarəsi və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni miqrantlara dəstək məqsədilə təşkil olunan etiraz aksiyaları davam edir. Tramp administrasiyası bu aksiyalara sərt reaksiya verib.

 

ICE əleyhinə keçirilən aksiyalarda çox sayda etirazçı saxlanılıb və bəzən təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurmalar yaşanıb. Prezident Tramp, Los-Ancelesdəki vəziyyətə nəzarəti təmin etmək məqsədilə Milli Qvardiyanı vəzifələndirdiyini açıqlayıb və baş verən hadisələrə görə Demokrat rəhbərliyi günahlandırıb.

 

Kaliforniya qubernatoru Gavin Newsom da MSNBC kanalına açıqlamasında, Trampın ştat rəhbərliyinin razılığı olmadan Milli Qvardiyanı federal nəzarətə götürməsinə qarşı çıxacağını və federal hökumətə qarşı məhkəmə iddiası qaldıracaqlarını bildirib. Newsom, Trampın “Milli Qvardiyanı ələ aldığını açıqladığı andan etibarən vəziyyəti daha da gərginləşdirdiyini” deyərək, bu addımı “qanunsuz, qeyri-etik və Konstitusiyaya zidd” adlandırıb.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər