00:00:00
Yazar
Admin User
15.10.2025 08:29 112 1 dəq oxuma
Dünya

ABŞ-də zəncirvari yol qəzası:

ABŞ-də zəncirvari yol qəzası:

ABŞ-nin Corciya ştatında baş verən zəncirvari yol qəzasında ölənlərin sayı 8-ə çatıb. Cekson qraflığının koroner müavini Din Stringer bildirib ki, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verən yanğında səkkizinci şəxs də həlak olub.

 

Qəzada xəsarət alanlar yanaraq ölüb, onların şəxsiyyətinin müəyyənləşdirilməsi işləri davam edir. İlkin məlumatlara görə, toqquşmadan sonra daha 4 avtomobil də qəzaya qarışıb və hadisə “zəncirvari reaksiya” kimi qiymətləndirilib.

 

Qəza zamanı rayondakı heyvan sığınacağına məxsus nəqliyyat vasitəsi də qəzaya düşüb; avtomobildə olan 37 pişikdən bəziləri xəsarət alıb və onlara tibbi yardım göstərilib.

 

Hüquq-mühafizə orqanları bildirir ki, qəzanın əsas səbəbi yük maşınının mikroavtobusla arasında kifayət qədər məsafə saxlamaması olub.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər