00:00:00
Yazar
Admin User
07.06.2024 19:06 284 1 dəq oxuma
Dünya

ABŞ-da Zelenskinin Fransaya səfər planları üzə çıxıb

ABŞ-da Zelenskinin Fransaya səfər planları üzə çıxıb

Ukrayna prezidenti Vladimir Zelenski Fransaya səfəri zamanı Rusiya ərazisinə Qərb silahlarının zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb etməyi planlaşdırır. "İnformator.az" xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

 

 Qeyd olunur ki, ukraynalı siyasətçilər Qərbin yardımının həcmindən narazıdırlar. Onlar əmindirlər ki, Birləşmiş Ştatlar və digər ölkələr “Ukraynanın qələbəsi üçün kifayət qədər iş görmürlər”.

 

 “Politico”nun məlumatına görə, Zelenski Fransaya səfəri zamanı iki məsələ qaldırmağı planlaşdırır. Söhbət ələ keçirilən 300 milyard dollarlıq Rusiya aktivinin Kiyevə verilməsindən gedir. Ukrayna lideri təkcə Rusiya sərhədi ərazisinə deyil, həm də zərbə endirmək üçün icazə istəməyi planlaşdırır.

 

 İyunun 7-də Zelenski və ABŞ prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünü qeyd etmək üçün Fransada görüşdülər.

 

Görüşdən sonra Bayden Ukraynaya 225 milyon dollar məbləğində maliyyə yardımı ayrıldığını açıqlayıb.

 

Banuçiçək Kalbalıyeva 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər